Azərbaycanda minlərlə müəllim MİQ-də iştirakdan İMTİNA ETDİ

Cəmiyyət
15:31 / 08.09.2022
6731
“10 000 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib”.
Sfera.az xəbər verir ki, bunu Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu-2022”də deyib.
“Qeydiyyatdan keçən müəllimlərin iştirak etməməsi təəssüf doğurur. Biz bunun səbəbini bilmirik, lakin bir neçə illərdir bu hal müşahidə edilir”, -deyə direktor bildirib.(AzEdu.az)