“Müəllimlərin sertifikasiyasının nəticələri açıqlanmamalıdır” - Deputat
Təhsil
13:40 / 08.09.2022
5745
“Müəllimlərin sertifikasiyasının nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir”.
Sfera.az bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib.
O, fikirlərini bu cür izah edib:
“Birinci ona görə ki, bu, müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir. İkincisi, şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə, bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədəuyğundur”.
Millətk vəkili qeyd edib ki, bu gün daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa çalışmaq lazımdır: “Əlbəttə, qüsur və xəta varsa, ciddi cəza da olmalıdır”.
Türkan,
Sfera.az