Ermənistanda yeni baş nazir təyin edilib
23:21 / 08.09.2016
1473
Ermənistanın hakim Respublika partiyası İrəvanın keçmiş meri Karen Karapetyanın Baş nazir postuna namizədliyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Artak Zakaryan məlumat yayıb.
Qeyd edək ki, Karen Karapetyan baş nazir postunda Ovik Abramyanı əvəz edəcək. Ovik Abramyan bu gün istefa verib.