Avro son 20 ilin ən aşağı səviyyəsinə düşüb: Avropa valyutası niyə ucuzlaşır?

Yeni həftənin ilk birja əməliyyatlarında avro dollar qarşısında son 20 ildə ilk dəfə 0,99-dan aşağı düşüb.
Sfera.az xəbər verir ki, Avropadakı enerji böhranı qitənin ümumi valyutasını son 20 ilin ən aşağı səviyyəsinə endirib.
Xatırladaq ki, Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
“Qazprom”dan verilən yazılı açıqlamada avqustun 31-də təmirə götürülən və sabah yenidən işə salınması gözlənilən “Şimal axını”nı kəmərinin turbinində nasazlıqların aşkarlandığı bildirilib.
Təbii qazın nəqlinin nasazlıqlar aradan qaldırılmadan həyata keçirilə bilməyəcəyinə diqqət çəkən açıqlamada “Şimal axını” ilə təbii qazın nəqlinin qeyri-müəyyən müddətə dayandırılmasına qərar verildiyi qeyd edilib. Digər tərəfdən, G-7 ölkələrindən Rusiya nefti üçün tavan qiymət dəyişikliyi oldu.
G-7 ölkələrinin maliyyə nazirləri birgə bəyanatda Rusiyadan idxal ediləcək xam neft və neft məhsulları üçün tavan qiymət tətbiqi ilə bağlı razılığa gəldiklərini təsdiqləyiblər.
Sadalanan amillər Avropada idxal xərclərini artıracağından avro ucuzlaşır.
Vasif,
Sfera.az