Kirayə mənzillərin qiyməti kəskin artdı: "Təhsil almaq üçün Bakıya gələcək tələbələr..."

Kirayə mənzillərin qiyməti kəskin artdı:

“Son üç gündə metrolara yaxın birotaqlı bina evlərinin kirayə qiyməti 400 manatı ötüb”.

 

Sfera.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 

 

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından 3 gün keçib və artıq paytaxtın əmlak bazarında metrolara yaxın ucuz kirayəlik mənzil tapmaq müşkülə çevrilib:

 

“Keçid ballarını aşağı salıb tələbələri Bakı universitetlərinə cəlb edəndə onlar üçün yaşamağa yer də düşünmək lazım idi. Bölgələrdən gələn aztəminatlı ailələrin tələbə övladları neyləsinlər indi? Harada qalsınlar? 


Oxumaq hər kəsin haqqıdır. Bugünkü tələbələr gələcəyin alimi, naziri, həkimi və sair müxtəlif sahələrdə çalışan mütəxəssislər olacaqlar. 


Amma onlar indidən sosial problemlərlə yüklənsələr təbii ki, təhsili ikinci plana salmalı olacaqlar”.


Turan Rzayev,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR