Universitetlər arasında rəqabət getdikcə güclənir: Rüşvətin olmaması...

Universitetlər arasında rəqabət getdikcə güclənir: Rüşvətin olmaması...

“Rüşvətin olmaması universitetlərin keyfiyyət göstəricisi hesab olunmur. DİM-in açıqladığı rəsmi rəqəmlərə görə, builki qəbulun nəticələrinə əsasən bir neçə universitet var ki, əvvəlki illərlə müqayisədə xeyli uğurlu nəticələr qazanıblar”.


Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. 


O qeyd edib ki, uzun illər müxtəlif ixtisaslarda oturuşmuş mövqeləri olan, yüksək bal toplayanları "qamarlayan" universitetlər indi bu mövqeləri digər universitetlərlə bölüşməli olublar:


“Görünən odur ki, hansısa oturuşmuş maliyyə "yastığı" olmayan elə universitetlər (UNEC, AzTU, ADPU, ADNSU, Qərbi Kaspi, regionallardan MDU və s.) var ki, yaxın müddətdə onlar ölkədə ciddi rəqabətli mühit formalaşdıra biləcəklər. 


Onların regional və qlobal təhsil platformalarına inteqrasiyası getdikcə sürətlənir, ikili diplom proqramların sayı xeyli artıb və proses getdikcə güclənəcək”.
O. Gündüzün sözlərinə görə, əksər universitetlərdə son illər rüşvət və korrupsiya minimuma enib:


“Artıq rüşvətin olmaması universitetin keyfiyyət göstəricisi hesab olunmur.


Hökumətin son zamanlar qəbul etdiyi strategiyalarda da tədqiqat yönümlü, rəqabətə davamlı, rəqəmsallaşan, əmək bazarının tələblərinə cavab verən universitetlərin formalaşmasından söhbət gedir.


Yeri gəlmişkən, düşünürəm ki, hökumət və Təhsil Nazirliyi də universitetlərin müstəqilliyinin artırılmasına, publik hüquqi şəxslər olaraq daha çox maliyyə, tədris, idarəetmə  və akademik hüquqların universitetlərə verilməsinə diqqəti artırmalıdır.


İndiki şəraitdə universitetlərin muxtariyyəti ilə bağlı vəziyyət qənaətbəxş hesab oluna bilməz, hətta publik şəxslər olsa belə”. 


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...

"Yoldaş Putin, İstanbula gedin" -Braziliya Prezidenti

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda danışıqlar masasına əyləşməyə ...

Ramiz Mehdiyevin qızı “təslim olmur”

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Baku Oksford Məktəbi”ində pay uğrunda mübarizəni sona qə...