“Titanik”in yeni görüntüləri ortaya çıxdı: Bu detallar illərdir gözdən qaçıbmış - VİDEO

“Titanik”in yeni görüntüləri ortaya çıxdı: Bu detallar illərdir gözdən qaçıbmış - VİDEO

110 il əvvəl batmış "Titanik" gəmisinin yeni görüntüləri yayılıb.

 

Sfera.az bildirir ki, “OceanGate Expeditions” tərəfindən yayımlanan videoda gəminin gövdəsinin qeyri-adi detalları və onun bəzi xüsusiyyətləri yer alıb.

 

“Titanik” mütəxəssisi və dalğıc Roy Qolden jurnalistlərə açıqlamasında bunları deyib:

 

“Məsələn, mən heç vaxt lövbər istehsalçısı “Noah Hingley & Sons Ltd” şirkətinin adını liman tərəfindəki lövbərdə görməmişəm. Onilliklərdir ki, dağıntıları araşdırıram. Bu səviyyəli təfərrüatı göstərən başqa bir görüntü gördüyümü xatırlamıram”.

 

“Youtube”da yayımlanan qorxulu videoda gəminin məşhur kamanını, liman tərəfi lövbərini, bir nömrəli gövdəsini, hər bir keçid üçün 90 kilo ağırlığında lövbər zəncirini, bir nömrəli yük anbarını görmək mümkün olub. Videoda batan zaman gəmidən bir neçə parçanın qopduğu da görüntülənib.

 

“OceanGate” həmçinin, gəminin çürüməsini izləmək üçün yüksək ayırdedici şəkillərdən istifadə ediləcəyini açıqlayıb:

 

“Alimlərin köməyi ilə video “Titanik”də və ətrafında müşahidə edilən növlərin identifikasiyasına kömək edəcək və arxeoloqlar dağıntıları,  dağıntı sahəsinin elementlərini daha ətraflı sənədləşdirə biləcəklər”.

 

Qeyd edək ki, 1912-ci ildə “Titanik” Nyu Yorka ilk səyahətini etmək üçün Atlantik Okeanından keçib. Lakin 2200 sərnişini daşıyan gəmi aysberqlə toqquşub və batıb, yalnız 712 nəfər sağ qalıb.

 

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR