Keçmiş prezidentə sui-qəsd cəhdi: Silahı alnına dayadı, amma… - ANBAAN VİDEO

Argentinanın keçmiş Prezidenti Kristina Fernandez de Kirşnerə sui-qəsd cəhdi edilib.
Sfera.az bildirir ki, sosial mediada paylaşılan hücum anı böyük səs-küyə səbəb olub.
Hadisə Kristina Fernandezin evinin qarşısında baş verib. Belə ki, naməlum şəxs Kirşneri yaxın məsafədən tapança ilə hədəfə alıb.
Sözügedən kadrlarda hücum edən şəxsin sabiq prezidentin pərəstişkarlarını itələdiyi, silahını Krişnerin üzünə doğrultduğu və yanlış atəş açdığı görünüb. Kristina Fernandez de Kirşner isə özünü qorumaq üçün üzünü örtüb və əyilib.
Hücumçu hadisə yerində nəzarətə götürülüb. Argentinanın "Clarín" qəzeti hücumçunun 35 yaşında və braziliyalı olduğunu yazıb.
Sui-qəsddən çətinliklə xilas olan Fernández, "Mən bu günü həyat və demokratiyanın müdafiəsi üçün milli bayram elan edirəm" deyib. Lakin braziliyalı hücumçunun silahını qadının üzünə dayadığı anlar böyük qəzəbə səbəb olub. Argentina prezidenti Alberto Fernández jurnalistlərə açıqlamasında, "Bir adam Krişnerin başına odlu silahı doğrultdu və tətiyi çəkdi. Kristina hələ də sağdır, çünki başa düşmədiyimiz bir səbəbdən tapançadan atəş açılmadı”. Alberto Fernández hadisələri 1983-cü ildə demokratiyanı bərpa etdikdən sonra baş verən ən ciddi hadisə kimi xarakterizə edib və siyasi liderləri, ümumilikdə cəmiyyəti hadisəni pisləməyə çağırıb.
Günay Rəsulqızı,
Sfera.az