İraqdakı etirazların arxasındakı gizli məqamlar – Nə, niyə baş verir?

İraqdakı etirazların arxasındakı gizli məqamlar – Nə, niyə baş verir?

“İraqda maraqlı proseslərin şahidi olmaqdayıq. 2019-cu ildə əsasən sosial problemlər səbəbilə yaranan etirazlar 10 oktyabr 2021-ci ildə keçirilən seçkilərdən sonra daha da şiddətləndi və fərqli müstəviyə keçdi. Seçkinin qalibi şiə lideri Müqtəda Es-Sədrin rəhbərlik etdiyi Sədr Hərəkatı oldu. Lakin Sədr Hərəkatı Bərzani və Sünni qrupları ilə koalisiya yaratsa da, hökuməti qura bilmədi”.

Bu sözləri Sfera.az-a analitik Vüqar Zifəroğlu Bağdadda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, son seçkilərdə Sədr qrupu 73, sünnilər 37, kürdlər 31 və Təlabani 11 mandat qazandı:

 

“Bu formada mandatların bölünməsi çoxpartiyalı sistemdən sağlam bir hökumət çıxarda bilməzdi. Mandatların bölünməsi çoxpartiyalı sistemdən sağlam bir hökumət çıxarda bilməzdi. Nəticədə Müqtəda Sədr siyasətdən getdiyini açıqladı. Bunun üzərinə Hüquq Dövləti Koalisiyasının lideri, keçmiş baş nazir Nuri əl-Maliki İraqda nazir vəzifəsində çalışmış Sudanini baş nazirliyə namizəd elan etdi. Bir tərəfdən 13 avqustda Malikinin gizli toplantıda etdiyi çıxışın səs yazısının yayılması, digər tərəfdən İrana yaxın siyasi qrupların da bu açıqlamaya dəstək olması ciddi etirazlara səbəb oldu, gərginliyi da da şiddətləndirdi.

 

Nəticədə küçələrə çıxaraq parlamentə basqın edən kütlə növbədənkənar seçkilərin keçirilməsini, Malikinin mühakimə olunmasını və məhkəmə administrasiyasının dəyişdirilməsini tələb etdi”.

 

Analitikin sözlərinə görə, İraq İran üçün ciddi əhəmiyyət daşıyır:

 

“Bu səbəbdən İran buradakı hərbi gücündən istifadə edərək bölgədəki Həşd əş-Şaabi tərəfdarları vasitəsilə təzyiq edir. O, özünə yaxın iqtidar formalaşdırılmasına çalışır. Maliki və Sudani isə bunun nəticəsidir. Buna qarşı olan Sədr isə Sudanini korrupsiyada ittiham etdiyi ikinci Maliki kimi görməkdədir. Eyni zamanda o, həm Malikini, həm də Sudanini İraqın milli maraqlarını İrana qurban verməkdə ittiham edir.

 

Gərginliklə bağlı ən maraqlı detallardan biri də qarşı duran tərəflərin şiə məzhəbli olmasıdır. Məzhəb qarşıdurmaları ilə gündəmə gələn İraqda bu dəfə tək bir məzhəb daxilindəki siyasi rəqabət diqqət çəkir. Sədr və Malikinin mübarizəsi həm də İraqdakı Nəcəf şiəliyi ilə İrandakı Qum şiəliyi arasındakı rəqabətin əksidir. Qum ilə Nəcəf arasında isə mübarizə həmişə olub”.

 

V. Zifəroğlunun sözlərinə görə, diqqətçəkən başqa bir məqam ABŞ-ın səssiz qalmasıdır:

 

“Vaşinqton bu səssizliyin fonunda diqqətlə baş verənləri müşahidə etməkdədir. Tam mümkündür ki, Amerika baş verənlərdən yararlanaraq, hələ Baydenin vitse-prezident olduğu zaman İraqın 3-ə bölünməsi layihəsinin altyapısını formalaşdırmaq üçün düyməyə basa bilər. Bu plana görə İraqın şimalında kürd, mərkəzində şiə, cənubunda isə ərəb idarəçiliyinin olması nəzərdə tutulur. Məqsəd təbii ki, bu bölünmə ilə İranın İraq üzərində təsirini neytrallaşdırmaq və bununla da rəsmi Tehranın öz ətrafında formalaşdırdığı “Şiə hilalı”nda önəmli həlqəni sıradan çıxartmaqdır”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...