“Lukoyl”un vitse-prezidentinin sirli ölümü... – Maqanov müəmması

“Lukoyl”un vitse-prezidentinin sirli ölümü... – Maqanov müəmması

Rusiyanın ən böyük özəl neft şirkəti olan “Lukoyl”un vitse-prezidenti Ravil Maqanov vəfat edib.

Sfera.az bildirir ki, o, qaldığı xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Cəsədi tibb personalı tərəfindən xəstəxananın bağçasında aşkarlanan Maqanovun ölümü kifayət qədər şübhəli görünür.

 

Rusiya mətbuatının məlumatına görə, 67 yaşlı Maqanov Moskvanın Mərkəzi Klinik Xəstəxanasında müalicə olunurdu və aldığı xəsarətlərdən dünyasını dəyişib. O, müəmmalı şəraitdə ölən bir sıra yüksək profilli biznes rəhbərlərindən sonuncusudur. May ayında “Lukoyl”un keçmiş baş meneceri Aleksandr Subbotinin də qeyri-adi şəraitdə vəfat etdiyi vurğulanıb.

 

Qeyd edək ki,  Ravil Maqanov 1993-cü ildə özəl neft şirkətində işləməyə başlayıb. Rusiya prezidenti Vladimir Putin 21 noyabr 2019-cu ildə Maqanova Aleksandr Nevski dövlət ordenini təqdim edib.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...