Avqustda neft niyə 6 faiz ucuzlaşıb? – SƏBƏBLƏR

Avqustda neft niyə 6 faiz ucuzlaşıb? – SƏBƏBLƏR

Avqustun son ticarət günündə “Brent” markalı neft ucuzlaşıb. Son ticarət günündə neft qiyməti 3,5% enərək 94,42 dollara qədər geriləyib.


Sfera.az xəbər verir ki, avqustun əvvəlində “Brent” neftinin dəyəri 104 dollara yaxın idi. Ayın bəzi günlərində neftin qiyməti 91,53 dollara qədər geriləsə də, sonradan bir qədər yüksəlib. 


Ümumilikdə, orta qiymət əsas götürülərsə, avqustda “Brent” markalı neft 6%-dən çox dəyər itirib.


Ötən ay neftin ucuzlaşması bir neçə səbəblə izah edilə bilər. 


İlk səbəb, dünyanın əsas neft idxalçısı olan Çində istehsal sektorunun böyümə sürətinin zəifləməsidir. Bu dəyişiklik neftə olan tələbə təsir göstərib. 


Digər tərəfdən, ABŞ-da yüksək inflyasiya səbəbindən mərkəzi bankın faizləri bir qədər də artıracağı ehtimalı var. Bu ehtimal dolları bahalaşdırır ki, bu da neft qiymətlərini azaldır. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...