“Hansısa direktorun 2000 manat civarında maaş alması...” - Açıqlama

“Hansısa direktorun 2000 manat civarında maaş alması...” - Açıqlama

“Məktəb rəhbərlərinin əmək haqlarına əlavələrin minimum məbləği belə onların vəzifə maaşlarına təqribən bərabər, maksimum həddi isə bundan dəfələrlə çoxdur. Hər hansı əmək haqqına ondan 2,5 dəfəyə qədər, yəni minimum əmək haqqından 5 dəfəyə qədər çox məbləğin  əlavə edilməsi anlayışının iqtisadi əsası yoxdur”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, təhsil sistemində 5 faizə qədər müəllimin əmək haqqının 150 manat olduğu bir şəraitdə, hər hansı direktorun ondan 5 dəfəyə qədər artıq maaşına 1500 manatlıq əlavənin də edilməsinə ancaq hərbi demokratiya dövründə haqq qazandırmaq olar:

 

“Sertifikatlaşmadan sonra belə 5000 müəllimin ən yaxşı halda 200 manat maaş alacağı halda, hansısa bir direktorun 2000 manat civarında maaş alması təhsil müəssisələrində sosial ədavət yaradacaq. Ölkə məktəblərində çalışan müəllimlərin 60 faizə qədəri 18 saatdan az dərs yükünə malikdir və bu o deməkdir ki, onlar 1 “stavka” həcmində belə maaş almaq imkanından məhrumdurlar. Hazırda ortalama 500 manat civarında maaş alan ölkə müəlliminin əmək haqları sertifikatlaşmadan sonra, yəni növbəti 5 il ərzində nəticələrinə uyğun 600 manat və cüzi hissəsinin maaşı isə 700 manat olacaq. Belə bir şəraitdə məktəb rəhbərlərinin cüzi bir hissəsinin maaşlarına şamil edilən bu əlavələr təkcə müəllimləri və digər məktəb rəhbərlərini deyil, məktəbdə çalışan digər yardımçı pedaqoji heyəti də qıcıqlandıracaq”.

 

Müsahibimiz deyib ki, ümumiyyətlə işçilər arasında 10 dəfəyə qədər maaş fərqi, nəinki, eyni təhsil müəssisəsində, hətta başqa müəssiələrdəki bundan aşağı maaş alan digər məktəb rəhbərlərini də demotivasiya edəcək:

 

“Hesab edirəm ki, məktəb rəhbərlərinin əmək haqlarına əlavələr “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda göstərilən ödəniş dərəcələrinə uyğun olaraq, yəni şagirdlərin sayı 100 nəfərədək olduqda, 100-dən 300-dək olduqda, 300-dən 800-dək olduqda və 800 və daha çox olduğu ardıcıllıqla, minimum əmək haqlarını və ya ən pis halda vəzifə maaşlarının məbləğlərini keçmədən hamıya verilməli idi”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...