Tramp Makronu intim həyatı ilə şantaj etmək istəyib? – “Məndə faktlar var…”

Fransa prezidenti Emmanuel Makronun şəxsi məlumatlarının kənara sızması ilə bağlı məlumat sosial mediada gündəm olub.
Sfera.az bildirir ki, “Rolling Stones” jurnalı ABŞ-ın keçmiş prezidenti Donald Trampın evindən tapılan 15 qutu sənədlərin arasında Makrona aid bölmənin olduğunu da açıqlayıb.
İddialara görə, Tramp prezidentliyi dövründə yaxın ətrafına “Makronun cinsi həyatı ilə bağlı kəşfiyyat məlumatlarım var”, - deyərək öyünüb.
Jurnala danışan iki ayrı mənbə Trampın sözügedən informasiyaları kəşfiyyat agentlərindən aldığını bildirib. Digər tərəfdən qeyd olunub ki, Fransa və ABŞ rəsmilərinin sabiq prezidentin nə qədər məlumata malik olduğunu araşdırır. Jurnal Tramp və Makronun prezidentlik dönəmində münasibətlərinin gərgin olduğuna da diqqət çəkib. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun köməkçisi də iddia edib ki, faylda şantaj üçün istifadə oluna biləcək zərərli məlumatlar mövcuddur.
Qeyd edək ki, avqustun 8-də ABŞ-da keçmiş prezident Donald Trampın evinə daxili təhlükəsizlik agentliyi olan FTB tərəfindən basqın edilib.
Günay Rəsulqızı