Yaxın aylarda “Qızılalma”nın uçuşlarına başlanılacaq: Bayraktar tarixi açıqladı

Yaxın aylarda “Qızılalma”nın uçuşlarına başlanılacaq: Bayraktar tarixi açıqladı

Türkiyə pilotsuz qırıcı təyyarələrin istehsalına 2023-cü ilin birinci rübündə başlayacaq. Gələn ilin birinci rübündə “Qızılalma” adlandırılan pilotsuz döyüş təyyarəsi ilk uçuşlarını həyata keçirəcək. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Baykar Texnoloji” şirkətinin rəhbəri Haluk Bayraktar açıqlayıb. 


Türkiyədə 6-cı TEKNOFEST sərgisində iştirak edən Bayraktar 2500 nəfərlik heyətin yeni növ insansız uçuş aparatının hazırlanması üçün çalışdığını bildirib. 


Bayraktar söyləyib ki, pilotsuz döyüş təyyarəsi klassik döyüş təyyarələrindən daha ucuz olacaq. Havada 5-6 saat qala biləcək təyyarə öz çəkisindən başqa 2 ton yük götürmək qabiliyyətinə də malik olacaq. 


Qeyd edək ki, adıçəkilən türk şirkəti “TB-2” və “Akıncı” adlarında 2 məşhur pilotsuz döyüş təyyarələrini istehsal edib. Bu təyyarələrdən “TB-2” bir neçə müharibədə özünü yüksək keyfiyyətləri ilə doğruldub. Buna görə də, 23 ölkə “TB-2”lərin idxalı üçün rəsmi müraciət edib. 


“Akıncı” modelinə də tələb güclüdür və bir neçə ölkə onun idxalına çalışır. 


Haluk Bayraktar “Qızılalma” pilotsuz qırıcılarının da digər pilotsuz uçuş aparatları qədər böyük tələb görəcəyinə əmin olduqlarını vurğulayıb. 


Vasif,
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...

Yeni hərbi prokuror kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan...