Türkiyəli imamdan ŞOK SÖZLƏR: “Uşağın qolları, sinəsi açıq, ayaqları çılpaq, sonra da deyirlər, pedofiliya cinayətdir”

Türkiyəli imamdan ŞOK SÖZLƏR: “Uşağın qolları, sinəsi açıq, ayaqları çılpaq, sonra da deyirlər, pedofiliya cinayətdir”

Şanlıurfada baş verən hadisə Türkiyədə gündəm olub.

 

Sfera.az bildirir ki, Mövlana Halid məscidinin imamı Mehmet Şükrü Dörtbudakın uşaqlarla bağlı dediyi sözlər sosial media istifadəçilərinin qəzəbinə tuş gəlib.

 

Belə ki, şəxsi hesablarından tez-tez qadınların və uşaqların həyat tərzləri ilə bağlı danışan imam Dörtbudak videolarının birində, “Bayramda küçələrdə görürük, qız uşaqlarına geyindirilən paltarları. Deyirlər ki, uşaqdır olar. Bunun uşağı var ki? Onu alışdırmalısan. Uşağın qolları, sinəsi, hər tərəfi açıqdır - mini ətəklər, ayaqlar çılpaq, sonra da deyirlər, pedofiliya cinayətdir. Pedofiliya meylini siz qızışdırırsınız. İnsanların gözünün qabağına təhrikedici şeylər qoyursansa, qərbin gətirdiyi paltarı, əxlaqı ailəyə salırsansa,  uşağa bunu öyrədirsənsə, təbii ki, cəmiyyət pozular,  pedofil cinayətlər artar. İlk növbədə cinayət yaradacaq mühitləri məhv etmək lazımdır”, deyə söyləyib. İmamın bu çıxışı səs-küy yaradıb.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə də imamın qalmaqallı sözlərinə reaksiya verib:

 

“Baxın, çox açıq danışıram! And içirəm, prezident olan gün "Uşağın qolu, sinəsi, hər tərəfi açıqdır”, “Pedofiliyanı qızışdırırsınız””, deyən azğınları, onları millətə imam kimi sırıyan şəxsləri gün işığına həsrət qoyacam”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...

Yeni hərbi prokuror kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan...