İŞİD türk əsgərlərinə raket atdı: 2 ölü, 5 yaralı

İŞİD türk əsgərlərinə raket atdı: 2 ölü, 5 yaralı

İŞİD silahlıları Suriyada əməliyat keçirən Türkiyə ordusunun əsgərlərini raket atəşinə tutub. Nəticədə iki hərbçi həlak olub, beşi yaralanıb.  

 

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Suriyanın Carablus şəhəri yaxınlığında keçirilən "Ərəfat qalxanı” əməliyyatında iştirak edən Türkiyə ordusunun iki tankı İŞİD silahlılarının hücumuna məruz qalıblar.  



OXŞAR XƏBƏRLƏR