Əliyev-Paşinyan görüşü nələr vəd edir? - “Rəsmi Yerevan razılaşmalara getməyəcək”

Əliyev-Paşinyan görüşü nələr vəd edir? - “Rəsmi Yerevan razılaşmalara getməyəcək”

“Azərbaycan və Ermənistan liderlərinin Rusiyada yeni görüşü gözlənilir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, əslində avqust ayında Brüsseldə görüş nəzərdə tutulmuşdu:

 

“Ermənistanın təxribatları və “Qisas” əməliyyatı belə biri görüşün keçirilməsini gündəmdən çıxardı. Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, Qarabağda qanunsuz silahlı erməni birləşmələrinin ləğvi, sərhədlərin delimitasiya və demarkasiyası müzakirə ediləcək. Ermənistan buradakı ermənilərin təminatını hələ də həyata keçirir. Bu danışıqlarda ermənilərin reinteqrasiya prosesinin müzakirə edilməsini Azərbaycan tərəfi qaldıra bilər”.

 

Ekspert Ermənistanla danışıqların mənasız olduğunu vurğulayıb:

 

“Ümumiyyətlə, ikitərəfli danışıqlara Azərbaycan tərəfi həmişə üstünlük verib. Lakin belə ikitərəfli görüşlər də Ermənistan üçün heç bir məna kəsb etmir. Ermənistan cəmiyyəti də sülhə hazır deyil və danışıqlarla rəsmi Yerevan razılaşmalara getməyə çəkinəcək. Digər tərəfdən Qarabağda erməni birləşmələrinin ləğvini prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə xüsusi olaraq müzakirə edə bilər. Çünki bu proses Rusiyadan asılıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR