Məşhur müğənni illər sonra bacısını tapdı: “Bir-birimizi görəndə..” - FOTO

Türkiyəli məşhur müğənni Atiye illər sonra bacısına qovuşub.
Sfera.az bildirir ki, bu barədə ifaçı Ceyda Düvencinin aparıcısı olduğu “Bambaşka sohbetler” verilişində danışıb.
O, bacısının varlığından xəbərsiz olduğunu deyib: “Böyük bacım var imiş, eyni şəhərdə yaşayırmışıq və bir-birimizdən xəbərimiz yox idi. O, həm də musiqiçidir, pianoda ifa edir, bəstələri var. Bir-birimizi tapdıq. Atam illər əvvəl mənə bacımın ola biləcəyini demişdi, amma ailədə bu mövzu geniş müzakirə olunmurdu. Axtardım, birtəhər bacımı tapdım. Bu, bacım üçün böyük şok oldu. Əvvəlcə atamla görüşdülər, bizə inanmadı.. Bacım türkcə danışmır, alman kimi böyüyüb. Bir-birimizi görəndə, hər şey aydınlaşanda qucaqlaşdıq. Onun da mənim qızımla yaşıd bir qız övladı var”.
İfaçının bu etirafı sosial mediada da müzakirə obyektinə çevrilib və onun sevənləri təəccüblərini gizlədə bilməyiblər.
Türkan