Ordudan qaçan rusiyalı əsgərin yazdıqları GÜNDƏM OLDU

Ordudan qaçan rusiyalı əsgərin yazdıqları GÜNDƏM OLDU

Krımda yerləşən 56-cı qvardiya hava hücumu alayında xidmət edən Pavel Filatyevin açıqlamaları dünya mediasında gündəm olub.

Sfera.az bildirir ki, paraşütçüləri ilə birlikdə Xersona daxil olub limanı ələ keçirən, sonra Nikolayevə gedib bir ay ağır artilleriya atəşi altında yaşayan həmin əsgər “VKontakte” sosial media platformasındakı səhifəsinə daxil olaraq savaş barədə 141 səhifəlik yazı dərc edib. O, zəif təchiz olunmuş bölməsinin fevralın sonunda Ukraynaya necə hücum etdiyini təsvir edib:

 

“Torpağımıza heç bir hücum olmadı və mən həftələrlə özümə bu sualı verdim -  Bu müharibə niyə başladı? Döyüşməkdən qorxmuram, amma etdiyimin doğru olduğunu bilmək üçün ədaləti hiss etməliyəm. İnanıram ki, biz ruslar uğursuzluğa düçar oluruq, çünki etdiyimizi düzgün hesab etmirik”.

 

Pavel müharibədən əvvəl ona verilən tüfəngin qayışının paslanmış və sınıq olduğunu qeyd edib:

 

”Bölməmiz Ukrayna artilleriyasının atəşi altında, müharibə davam edərkən, təxminən bir ay Nikolayev yaxınlığındakı səngərlərdə qalıb. Orada güllə gözümə palçıq sıçratdı və infeksiyaya səbəb oldu, az qala kor olacaqdım. Rusiyanın təbliğatında təsvir ediləndən fərqli olaraq, orduda qəzəb və inciklik hökm sürür. Orduda olan insanların çoxu orada baş verənlərdən, hökumətdən və komandirlərdən narazıdırlar”.

 

Rusiyalı əsgər fikirlərini “mən bu müharibənin əleyhinəyəm, amma general deyiləm, müdafiə naziri deyiləm. Savaşı necə dayandıracağımı bilmirəm. Qorxaq olmaq, silahımı, yoldaşlarımı atmaq - bunları etməsəydim, danışa bilməzdim. Mən sadəcə bundan sonra nə olacağından qorxuram”, deyə yekunlaşdırıb.

 

Yazını dərc edən “The Guardian” qəzeti isə Filatyevin hekayəsinin bütün təfərrüatlarını tam olaraq təsdiqləyə bilməyib, lakin sənədlərlə sübut olunub ki, rus əsgər Krımda 56-cı qvardiya hava hücumu alayında xidmət edib, döyüşlərdə yaralanıb.

 

Məlumata görə, Pavel həqiqəti ictimaiyyətə çatdırdıqdan sonra bütün bölməsi onunla əlaqəsini kəsib. Qeyd olunub ki, Pavel Filatyevin əsas planı savaşla bağlı xatirələrini dərc etdirmək və dərhal polisə təslim olmaq idi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...