“Kadi ilə Zubirə göz açmağa imkan vermədilər, amma...” - Açıqlama

“Kadi ilə Zubirə göz açmağa imkan vermədilər, amma...” - Açıqlama

“Viktoriya” gözlənildiyi kimi, qapalı və müdafiə futbolu oynadı, “Qarabağ”a ənənəvi yaradıcı oyunu sərgiləməyə imkan vermədi. Fikir verdinizsə, ikinci hissədə “Qarabağ” bu mövsümdə ilk dəfə rəqib qapısına cərimə meydançasından kənardan bir neçə zərbə endirdi. Yəni “Viktoriya”nın etibarlı “müdafiə betonu”nu yarmağın ağır olduğunu məşqçilər bilirdi”.

 

Sfera.az xəbər verir ki, bu sözləri idman jurnalisti Aydın Bağırov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələn "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandasının oyunu haqda danışarkən deyib.

 

Onun sözlərinə görə, “Viktoriya” Ağdam komandasının əsas silahları Kadi ilə Zubirə faktiki olaraq göz açmağa imkan vermədi:

 

“Belə ağır komandalara qarşı görüşlərdə qol imkanlarından istifadə edilməlidir. Vadji bu dəfə bacarmadı. Rəqib qapıçıya gözəl, müdafiəçilərinə etibarlı oyuna görə alqış düşür.

 

Amma nəticənin 0:0 olması qətiyyən məyusluq doğurmamalıdır. Cavab görüşü final matçı kimi olacaq, rəqib öz meydanında artıq açıq oyun nümayiş etdirəcək ki, (“Ferentsvaroş” kimi), bu da “Qarabağ”ın xeyrinə işləyəcək.

 

Ümumi götürəndə cütün taleyi ilə bağlı bir qədər rahatam. “Viktoriya” layiqli, səviyyəli komanda olsa da, “Qarabağ” ondan daha güclüdür və səfər matçında uğur qazanmağa qadirdir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...

Zaxarova: "XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir"

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xari...