Yerevandakı partlayışlarla Paşinyanı nəyə məcbur etmək istəyirlər? – Kremlin yeni ssenarisi

Yerevandakı partlayışlarla Paşinyanı nəyə məcbur etmək istəyirlər? – Kremlin yeni ssenarisi

Ermənistanda  “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı son günlər müxtəlif ehtimallar səsləndirilir.  Fərqli ekspertlər partlayışın və terror aktı ilə əlaqəli xəbərdarlıqların siyasi motivli olduğunu düşünürlər. Onların fikrincə, məqsəd Baş nazir Nikol Paşinyana etimadsızlıq yaratmaqdır.

Bu barədə Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, səsləndirilən fikirlər reallığa uyğundur və əgər hadisələrin arxasında dayanan Ermənistandakı müxalif kəsimdirsə, proseslərin Rusiyadan idarə olunması ehtimalı böyükdür:

 

“Ermənistanın Qərbə meyilliliyi, Avropa İttifaqının Cənubi Qafqazda artan fəallığı, Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması istiqamətində atılan addımlar, Paşinyanın Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini tənqid etməsi və s. - bunların hər biri ayrılıqda Kremli qıcıqlandıran və Putinin kəskin reaksiyasına səbəb ola biləcək faktlardır. Bu mənada Moskvanın İrəvanı cəzalandırması gözlənilən idi.  Ehtimal var ki, Ermənistan müdafiə naziri Suren Papikya  Rusiyaya səfəri zamanı Kremlin istədiyi nəticə əldə olunmayıb. Buna görə də Rusiya Ermənistanı bir az da sıxışdırmaq qərarına gəlib. Partlayışdan sonra Rusiya Prezidenti Vladimir Putin Paşinyana bağsağlığı verdi. Əlbəttə, diplomatik etiket qaydalarına uyğun olaraq belə də olmalı idi. Amma bu, sözügedən hadisədə Moskvanın “əlinin olmasını” istisna etmir”.

 

Müsahibimiz qeyd edib ki, bəlkə də Rusiya avqustun sonunadək ermənilərin Laçın şəhəri və ətraf kəndlərdən çıxarılmasına mane olmaq fikrindədir:

 

“Paşinyan indi iradə göstərməlidir - ya regionla bağlı konstruktiv xarici siyasət yeridərək Ermənistanın gələcək dövlətçiliyini düşünməli, ya da Rusiyanın təhdidləri qarşısında geri çəkilməlidir. Rusiyanın Ermənistana təzyiqlərinin davam etməsi gözləniləndir. Amma bu, iqtidar dəyişikliyi ilə nəticələnməyəcək, sadəcə hədə -qorxudur. Çünki Paşinyanın hakimiyyətdən getməsi indi başı öz işlərinə qarışan Rusiya üçün o qədər də maraqlı deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...