Bu meyvəni yedikdən 2 saat sonra... - İlk simptom qaşınma və şişkinlikdir

Bu meyvəni yedikdən 2 saat sonra... - İlk simptom qaşınma və şişkinlikdir

Mövsümün ən yeməli meyvələrindən biri olan şaftalı, allergiyası olan insanlar üçün düşünüldüyü qədər şirin olmaya bilər. Şaftalının qabığı və tərkibindəki Pru P3 adlı zülalı bəzi insanlarda allergik problemlər yarada bilir.

 

Sfera.az xəbər verir ki, Türkiyə Milli Allergiya və Kliniki İmmunologiya Dərnəyinin (AID) üzvü Dr. Handan Duman Şenol şaftalı allergiyası haqqında bəzi məlumatlar verib və diqqət edilməli məqamları sadalayıb:


"Meyvə allergiyası nadir olsa da, onların arasında ən çox rast gəlinən şaftalının allergiyasıdır. Adətən, reaksiya meyvəni yedikdən 2 saat sonra baş verir. Nadir hallarda şaftalı qoxusu ilə və ya dəri ilə təmasdan sonra reaksiya görülə bilər. Ən çox edilən şikayətlər ağızda qaşınma, dəridə səpgi və qaşınma, üzün şişməsi, qusma, ishal, burun axması, asqırma, burun tıkanıklığı, öskürək, nəfəs darlığıdır. Bununla belə, o, həm də allergik şoka səbəb ola bilər və həyat üçün təhlükə yarada bilər.


Şaftalı allergiyası polen allergiyası ilə çarpaz reaksiya verə bilər

 

Bəzən polen-qida allergiyası sindromu səbəbiylə görülə bilər. Polen-qida allergiyası sindromunda, insanın əslində polen allergiyası var. Şikayətlər polen allergenləri ilə çarpaz reaksiya verən şaftalı kimi qidaların qəbulundan sonra baş verir. Şaftalı ağacı polenləri ilə çarpaz reaksiya verir. Şaftalı qəbulundan sonra ilk 10-15 dəqiqə ərzində dildə, dodaqlarda, damaqda və boğazda qaşınma və bəzən şişkinlik əmələ gələ bilər və bu vəziyyət ağızdan allergiya sindromu adlanır.


Lazımi testlər edildikdən sonra şaftalı pəhrizdən çıxarılmalıdır.

 

Hazırlanmış qidaların və kosmetikanın tərkib hissələrini oxuyun

 

Qablaşdırılmış qidaların (məsələn, meyvə şirələri) etiketlərini oxumaq xüsusilə vacibdir. Restoranlarda yeyiləcək yeməklərin/şirniyyatların tərkibində şaftalı olub olmadığı sual altına alınmalıdır. Şaftalı krem, ətir kimi bəzi kosmetik məhsullarda istifadə edildiyi üçün bu cür məhsulların etiketlərini oxuyub istifadə etmək məqsədə uyğundur. Uşaqlarda şaftalı allergiyası olduqda, uşağa cavabdeh olan şəxslərə (qohumlar, baxıcılar, müəllimlər) məlumat vermək vacibdir.

 

Sfera.az

Gülər


OXŞAR XƏBƏRLƏR

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...