Hollivud ulduzlarının dayələrdən qəribə istəkləri: Rəqs etsin, öpməsin, parik taxsın.. 

Hollivud ulduzlarının dayələrdən qəribə istəkləri: Rəqs etsin, öpməsin, parik taxsın.. 

Bəzi məşhurların uşaqlarına baxan dayələrlə bağlı qəribə istəkləri müzakirə obyektinə çevrilib.

 

Sfera.az dünya ulduzlarının həmin işçilərə qoyduğu maraqlı şərtlərlə bağlı yazını təqdim edir.

 

Belə ki, müğənni Beyonsun evində dayə kimi işə düzəlmək istəyirsinizsə, rəqs etməyi bilməlisiniz. Səbəb isə belədir: Əgər Beyonsun uşaqları sıxılırsa, onları məşğul etməyin bir yolu da rəqsdir. Deməli, uşaqlara baxan dayə bir az da olsa bunu bacarmalıdır.

 

Aktrisa Culiya Roberts əvvəllər çəkiliş üçün evdən uzaqda olanda övladlarının dayəsindən öz saç düzümünə bənzər parik taxmağı xahiş edib. Beləcə hələ kiçik olan uşaqlar evdə analarının yanlarında olduğunu düşünüblər.

 

Amerikalı aktrisa, model Qvinet Peltrou da keçmişdə uşaqlarını dayəyə həvalə edənlərdən olub. Yeməyinə qarşı diqqətlə yanaşan aktrisa dayənin də övladlarına eyni qayğını göstərməsini istəyib. O zamanlar Peltrou dayədən uşaqlarını tərkibində buğda, şəkər, süd və kofein olan qida və içkilərdən uzaq saxlamağı xahiş edib. Lakin Qvinet Peltrou uşaqlar böyüdükcə bu sərt istəklərini bir kənara qoyub.

 

Digər amerikalı aktrisa Halle Berrinin övladlarının dayələrinə qarşı sərt qaydaları olub. Bir çox analar dayələrdən uşaqlarının yoxluğunda onlara sevgi göstərmələrini tələb edir, lakin Berri bunun əksini istəyib. O, dayəyə uşaqları qucaqlamağı, öpməyi qadağan edib.

 

Tom Kruz və onun keçmiş həyat yoldaşı Keti Holmsun qızı Suri artıq böyüyüb və dayəyə ehtiyacı yoxdur. Amma keçmişdə ona qulluq edən dayənin başına gələnlər hələ də yaddaşlardan silinməyib. Belə ki, Holms dayəyə sərbəstlik versə də, sonradan belə olmadığı ortaya çıxıb. Dayə Suriyə bir gün anası ilə birlikdə yaşadığı evin divarlarını rəngləməyə icazə verib. Lakin bu “yaradıcı” hərəkət dayənin Keti Holms tərəfindən işdən çıxarılması ilə nəticələnib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...