Turistlər niyə yerli əhalini özündən çıxarır? - Ekspert çıxış yolundan danışdı

Turistlər niyə yerli əhalini özündən çıxarır? - Ekspert çıxış yolundan danışdı

“Zaman-zaman ölkənin müxtəlif regionlarında turistlərlə bağlı narazı fikirlərin səsləndiyi müşahidə edilir”.

 

Bunu Sfera.az-a açıqlamasında turizm üzrə ekspert Samir Dübəndi deyib.

 

O bildirib ki, bəzən yerli əhali şortikdə gələn turistlərin onların mənəvi həyat qaydalarını pozduğunu, spirtli içkilərdən istifadə etdiklərini vurğulayırlar:

 

“Bu fikirlər normaldır və yerli əhalinin narazılığı da başa düşüləndir. Hesab edirəm ki, sakit şəraitdə yaşamaq onların hüququdur, xüsusilə bu, kənd yerləridirsə. Belə bölgələrdə həyat şəraitinin dəyişməsi insanların mənəviyyatına, psixoloji durumuna təsir göstərir. Bu məsələni necə tənzimləmək olar? Təbii ki, turizmin mənfi təsirləri də var – səs-küyün yaranması və.s. Düşünürəm ki, dövlət turizm qurumları bu mövzulara daha ciddi yanaşmalıdırlar. Bilməlidirlər ki, hansı kəndlərə nə qədər turist üz tutur, orada olan bütün detallar nəzərdən keçirilməlidir, o cümlədən yerli əhalinin həm məşğulluğa cəlb olunması, həm də onların dinc həyatlarının qorunması. Bilirsiniz ki, xüsusilə ucqar kəndlərə xas olan etnik, folklor, mədəni, tarixi xüsusiyyətlər var və bu icmaları biz özəlliklə qorumalıyıq”.

 

Müsahibimiz qeyd edib ki, yerli bələdiyyələrin də turizmin inkişafında marağı tam olaraq aydın deyil:

 

“Bu istiqamətdə maarifləndirmə işlərinə də ehtiyac var. Digər tərəfdən turizmin regionlarda inkişafı yerli əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə bilavasitə bağlıdır. Burada söhbət təkcə iş yerlərinin açılmasından getmir. Kənd yerlərində  bilirik ki, daha çox sağlam qida istehsal olunur, regiona xas məhsullar hazırlanır, onların satışı, istehsalı üçün də şərait yaradılmalıdır. Həmin məhsulları turistlərə sataraq da təkcə maliyyə qazancı əldə edilmir, həm də Azərbaycanın ləziz qidalarını, mədəniyyətini tanıtmış oluruq. Bunun da üzərində çalışmaq lazımdır. Yerli əhalini bu prosesdən təcrid etmək olmaz. Hər halda turist axınını ciddi surətdə tənzimləməyə ehtiyac var. Bununla yanaşı, regionlarda təbiətə ziyan vurmaq, yerli əhalinin narazılığına səbəb olmaq düzgün deyil”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...