Rusiyanın Ermənistana verdiyi notadakı bir cümlənin izi ilə… - Paşinyana hansı mesaj göndərildi?

Rusiyanın Ermənistana verdiyi notadakı bir cümlənin izi ilə… - Paşinyana hansı mesaj göndərildi?

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) nota verib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Notaya səbəb İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı Rusiyanın ittiham edilməsi olub.

Xatırladaq ki, Ermənistan mediası Rusiyanın dövlət strukturlarını ittiham edərək, hadisənin onlar tərəfindən törədildiyini iddia edib.

 

Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan mediasında “Sürməli” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın İrəvandakı səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı:

 

“Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına mina xəbərdarlığının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Rusiya notasında belə bir cümlə var: “Rusiya və Ermənistanın müttəfiqlik münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən şərhlər gözləyirik”.

 

Ekspert hesab edir ki, Kremlin təlimatıyla hazırlanan bu cümlədə əslində təxribatın arxasında hakimiyyətə bağlı qüvvələr nəzərdə tutulub: "Görünür, Kreml hesab edir ki, baş nazir Nikol Paşinyan və onun tərəfdarları Rusiyadan narazılıqlarını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...