Vüsalə Əlizadə faciəli şəkildə həlak olan qardaşından YAZDI: "Yaxşı deyilik..." - VİDEO

Aparıcı Vüsalə Əlizadə ötən il faciəli şəkildə həlak olan qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, o, paylaşımında qardaşının ölümü ilə barışa bilmədiklərini ürək ağrısı ilə qeyd edib.
"15.08.2021. Tam dibə batdığım, param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün! Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il. Biz yaxşı deyilik, amma yaxşı görünürük, hətta çox yaxşı.Başı çəkməyənə, canı yanmayana, ürəyimizin dağından xəbəri olmayana, içi çirkabla dolana, sən demiş, qoy elə bilsinlər. Bacılarla göz-gözə gələndə qaçırırıq gözlərimizi, amma hərdən hönkürüb atırıq qəhərimizi, sən boyda acımız var ürəyimizdə, bir az gileylənirik arxanca, beş bacının qardaşı belə vəfasız olar? Anam gözləyir səni, barışmır yoxluğunla, səsli mesajlarına hər gün indi yazmısan kimi qulaq asır, budur təsəllisi, paltarlarından alır iyini bir də Rafaelindən.
Nigaran qalma, balan sənin əziyyətinin, Vətən keşiyində qoyduğun canın, zəhmətin haqqı ilə böyüyür, sənin çörəyini yeyir, gözün arxada qalmasın, hər şey var bircə sən yoxsan… Bir ananın gözdağı balası, beş bacının can yarısı qardaşı, bir körpənin doymadığı atası, bir sevginin yarısı".
Qeyd edək ki aparıcının qardaşı ötən ilin bu günü avtomobil qəzasında həlak olub.
Əlihüseyn Əlizadə ailəli olub. Onun bir övladı ailəsinə yadigar qalıb.