Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edildi

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edildi

Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərdən biri ləğv olunub.

 

Sfera.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

 

Fərmana əsasən "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na dəyişiklik edilib. Bu Qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Qaydaya əsasən indiyə qədər investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Dəyişikliyə əsasən Nazirlər Kabinetinin bu sahədə səlahiyyəti ləvğ olunub. Bu sahədə səlahiyyət Azərbaycan prezidentinə məxsus olacaq.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanına əsasən Nazirlər Kabimneti investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməli idi.

 
 


OXŞAR XƏBƏRLƏR

"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, Donald Tramp fot...

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən i...

Ağdamda tikilinin damında kişi meyiti tapıldı

Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərindəki kişi meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

"ABŞ Azərbaycana hər hansı yardım göstərməyə hazırdır" - Səfir

ABŞ səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar Azərbaycana qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib...

"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşdi

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.   Sfera.az xəbər verir ki, 34 yaşlı yar...

14 yaralı vətəndaşımız Bakıya yola salındı - Fotolar

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətənd...