"Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın..." - Kəşfiyyat detalları AÇIQLADI

"Salman Rüşdiyə hücumda ittiham olunaraq həbs edilən 24 yaşlı Hadi Mətər sosial şəbəkələr vasitəsilə SEPAH-ın Qüds qanadı ilə birbaşa əlaqədə olub".


Sfera.az xəbər verir ki, bu barədə "Vice" xəbər agentliyi kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb. 


Məlumatda bildirilib ki, Hadi Mətər Salman Rüşdiyə hücumdan öncə də Qüds Qüvvələri ilə əlaqə yaradıb.


Avropalı antiterror rəsmisi "Vice"yə açıqlamasında qeyd edib ki, Salman Rüşdiyə edilən hücum digərləri tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib. Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR