“iTicket.az” niyə çökdü? 

“iTicket.az” niyə çökdü? 

"Belə görünür ki, iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir. Bu gün minlərlə vətəndaşımız "Qarabağ" Futbol Klubunun bilet satışını həvalə etdiyi iTicket şirkətin saytından elektron bilet əldə etməkdə çətinliklə üzləşib, sistem çöküb, xeyli sayda vətəndaşlar ödəniş etsə də bilet əldə edə bilməyiblər".

 

Sfera.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti.Osman Gündüz deyib.

 

O bildirib ki, quruma məxsus informasiya sisteminin funksionallığının pozulması ilə cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub:.

 

"Zaman-zaman bu tip problemlər müşahidə olunur. Qarabağ FK məşhurlaşdıqca problem daha da dərinləşə bilər.

 

Bununla da kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan iTicket şirkətinin iTicket.az resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.

 

Belə olarsa artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək .

 

Qısası, əgər iTicket kritik infrastrukturun subyekti olsa bilet satışı sisteminin təhlükəsizliyi DTX və XRİT Dövlət Xidmətinin nəzarətinə keçəcək".


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...