Aktrisa evi tərk etdi - Burak Özçivitlə Fahriye Evcen ayrılıb?

Maqazin
17:47 / 10.08.2022
11814
Sosial şəbəkə izləyiciləri aktrisa Fahriye Evcenin ailəsini tərk etdiyini iddia edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen arasında problem yarandığı, bu səbəbdən də aktrisanın evi tərk etdiyi iddia edilib.
Burak Özçivit ikinci körpəsinə hamilə olan həyat yoldaşı Fahriye Evcenin evdən çıxması ilə bağlı iddianı təkzib edib.
Həyat yoldaşı ilə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında yerləşdirən aktyor "Artıq bəsdirin, bizi rahat buraxın", - deyə bildirib.