Yatmadan əvvəl bunları etsəniz... – Xanımlara tövsiyə

Yatmadan əvvəl bunları etsəniz... – Xanımlara tövsiyə

Gün boyu gözəl və cəzbedici görünməyi hər kəs istəyər. Ancaq gözəlliklə bağlı çox şey tövsiyə edildiyindən "nəyi edək?” deyə qərarsız qalırıq. Bəs nə etməli? Ən yaxşısı, Aile.lent.az-ın bu yazısını oxuyaraq, gözəlliyə doğru addım atın. Yatmadan əvvəl bunları etsəniz, gözəlliyinizi qoruyub saxlayarsınız.

 

Makiyajsız yatmaq önəmlidir

 

Makiyajlı yatmaq həqiqətən ciddi bir problemdir. Çox yorğun ola bilərsiniz, amma makiyajı təmizləməyi heç vaxt unutmayın. İnsanlar yatarkən dəri özünü bərpa etməyə başlayar. Əgər makiyajı təmizləmədən yatsanız, dərinizdə sızanaq və ləkələr yaranar.

 

Mütləq əl kremi istifadə edilməlidir

 

Gözəl əllər cazibədarlığı artıran ünsürdür. Gecələr yatağa girmədən əvvəl əllərinizi sabun və ilıq su ilə yaxşıca yuyub yumşaq bir dəsmalla qurulayın və krem çəkin. Əl kremi əllərdəki sərtliyi və quruluğu aradan qaldırır.

 

Tonik istifadəsi önəmlidir

 

Tonik istifadəsi dərinin PH balansını qorumaq üçün olduqca vacibdir. Bu baxımdan dəri mikroorqanizmlər və bakteriyalara qarşı daha mühafizəkar olur. İstifadə edəcəyiniz toniki kiçik bir pambıqla yatmadan öncə boynunuza və üzünüzə sürtün.

 

Göz kremi istifadə edin

 

Göz kremi istifadə etmək mütləqdir. Makiyajınızı sildikdən sonra göz kremi sürtməyi unutmayın. Bu, göz ətrafındakı incə xətləri və qırışları ortadan qaldırır.

 

Yatarkən saçları yığmağı unutmayın


Saçları yığaraq yatmaq hər xanım üçün yaxşıdır. Saçları topuz yığıb yatmaq səhər oyandığınızda saçların dağınıq olmasına imkan verməyəcək. Həm də saçlardakı yağ üzə toxunmayacağından sızanaq problemi də yaşanmaz.

 

İpək yastıq üzləri seçin

 

Yastıq üzləri belə, xanımın gözəlliyinə təsir edir. İpək yastıq üzləri üzdə iz buraxmaz. İpəkdə dəri üçün faydalı olan 18 ədəd təbii protein və amino qrup turşular var.

 

Yatmadan əvvəl ayaqlara vazelin sürtün


Ayaqlar bədən üçün mühüm orqanlardan biridir. Yatmadan əvvəl mütləq yuyub yumşaq dəsmalla qurulayın və vazelin sürtün. Vazelin insan dərisini qurumaqdan xilas edir.

 

Dişləri hər gecə fırçalamalısınız

 

Əgər nəfəsinizdən pis qoxu gələrsə, gözəlliyiniz hədər olar. Axşam yeməyindən 30 dəqiqə sonra dişləri fırçalayın. Daha sonra ilıq su ilə durulayın. Dişləri fırçalamadan əvvəl diş ipi də istifadə edə bilərsiniz.

 

Yetərincə yatmağa çalışın

 

Yetərincə yatmasanız, səhər oyandığınızda gözaltı torbalar və qara halqalar sizi çirkin göstərər. Bunlar ad bir qadının gözəlliyinə təsir edən amillərdəndir. 7-8 saat yatmağa çalışın. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...