Putindən SON SÖZ: “Məsələ bağlanıb və...”

Putindən SON SÖZ: “Məsələ bağlanıb və...”

"Krımı məsələsi bizim üçün bağlanıb. Amma Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir”.

 

Sfera.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Krım xalqı qərar qəbul edib. Məsələ bağlanıb. Ümumiyyətlə, əvvəlki sistemə qayıtmaq mümkün deyil”, - Putin bildirib.

 

O, həmçinin qeyd edib ki, Donbas münaqişəsinin nizama salınması üzrə Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir: "Minsk razılaşmalarının icrasından başqa heç bir alternativ yoxdur. Kiyev Minsk razılaşmalarında əksini tapan qanunları qəbul etməyib. Razılaşmalar heç bir dəyişiklik olmadan yerinə yetirilməlidir. "Normandiya formatı”nın iştirakçıları buna birlikdə cəhd etməlidir. "Normandiya formatı”nın iştirakçıları və ABŞ Kiyev hakimiyyətinə real təsirə malikdirlər”.

 

Putinin sözlərinə görə, Ukrayna böhranı Rusiyanın ucbatından yaranmayıb: "Biz Ukraynada dövlət çevrilişini dəstəkləmədik və biz ölkə əhalisinin bir hissəsinin bu hərəkətlərə reaksiya verməyə təhrik etmədik. Vəziyyət ona gətirib çıxardı ki, Krım Rusiyanın tərkibində olmaq istədi. Donetsk və Luqansk çevrilişdən dərhal sonra bu ərazilərdə öz hakimiyyətini təmin etmək istəyən rejimə müqavimət göstərməyə başladı”.

 

Publika.az //

Sfera.az


 



OXŞAR XƏBƏRLƏR

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...

Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.    Sfera.az ...

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye...