Roza Zərgərlinin oğlu Corc Emin Ağalarovun klipində – FOTOLAR

Cəmiyyət
19:02 / 06.08.2022
15946
Bir neçə gün əvvəl Xalq artisti Emin Ağalarov “Jony” ilə (Cahid Hüseynli) duet oxuduğu “Лунная ночь” mahnısına Bakıda klip çəkiblər.
Sfera.az xəbər verir ki, sözügedən ekran işində müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov və rusiyalı model Alena Ani rol alıb.
Bu haqda isə Corc Qafarov sosial şəbəkə hesabında məlumat yayıb.
Aktyor Xalq artisti Emin Ağalarov və Alyona ilə çəkdirdiyi fotosunu paylaşaraq “Bu ən yaxşı klip olacaq” şərhini yazıb.
Qeyd edək ki, sözügedən ekran əsəri tezliklə “YouTube” video platformasında izləyicilərin ixtiyarına veriləcək.