İran Rusiyanın yaratdığı yeni peyki ilə bu əraziləri izləyəcək

İran Rusiyanın yaratdığı yeni peyki ilə bu əraziləri izləyəcək

Rusiyanın “Canopus-V” platformasında İran üçün yaratdığı Yerin məsafədən zondlanması (ER) peyki “Xəyyam” 1,2 metr ayırdetmə qabiliyyətinə malik təsvirlər əldə etməyə və Livan, Suriya və Yəmən ərazilərini müşahidə etməyə imkan verir.


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti yazıb.


Nəşr qeyd edir ki, Rusiyanın yaratdığı kosmik gəmi İranın üçüncü peyki olacaq və Tehranın kəşfiyyat imkanlarını xeyli artıracaq. Buna baxmayaraq, qəzetin yazdığına görə, “Xəyyam” öz xüsusiyyətlərinə görə Qərbin uzaqdan zondlama peyklərinin əksəriyyətindən geridədir.


Qəzetin yazdığına görə, İranda Rusiyanın yaratdığı peykdən İsrail və Fars körfəzi ölkələrindəki hərbi obyektlərin demək olar ki, fasiləsiz monitorinqi üçün istifadə oluna bilər.


“The Washington Post” mənbələrinin məlumatına əsasən, buraxılışdan sonra ilk bir neçə ay “Xəyyam” Rusiya tərəfindən Ukraynadakı hərbi obyektlərə nəzarət etmək üçün istifadə olunacaq.


Bundan əvvəl “Roskosmos” bildirmişdi ki, Qazaxıstanın Baykonur kosmodromundan “Xəyyam” peykinin buraxılışı avqustun 9-na planlaşdırılıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR