Dünyada ərzaq qiymətləri enir - Ucuzlaşma 4-cü aya keçib
16:08 / 05.08.2022
17105
İyul ayında qlobal ərzaq qiymətləri 8,6 faiz azalıb ki, bu da son 14 ilin ən sərt enişidir.
Sfera.az xəbər verir ki, bu haqda məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.
Qurumun açıqladığı Qlobal Ərzaq Qiymətləri İndeksi ardıcıl dörd aydır ki, enir.
İyulda azalmaya bitki yağı və taxıl indekslərinin əhəmiyyətli dərəcədə azalması səbəb olub.
FAO proqnozlaşdırır ki, avqust ayında da ərzaq qiymətləri enəcək. Çünki Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracını bərpa etməsi taxıl qiymətlərini 15 faiz ucuzlaşdırıb. Taxılın ucuzlaşması digər məhsulların dəyərini də aşağı salır.
Vasif
Sfera.az