\"Mehdi nökərləri\" adlandırmaq daha doğru olar – Deputatlardan London təxribatına REAKSİYA

\

“Özünü şiə kimi təqdim edən bir dəstə dinsizin Azərbaycanın Londondakı səfirliyinə basqınını hansı dövlətin təşkil etdiyi sirr deyil. Görünür, Azərbaycanın bütün torpaqları üzərində suverenliyini tam təmin etmək əzmi və antiterror əməliyyatı, illərdir Qarabağdakı separatçı ünsürlərə açıq və gizli dəstək verən lənətə gəlmişlərin qəti ürəyindən deyil”.

Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. O qeyd edib ki, sözügedən şəxslər bu yolla da Ermənistanın yanında olduqlarını göstərməyə çalışırlar:

 

“Amma həmən dinsiz qrup Londondakı səfirliyimizdən necə rədd edildilərsə, Ermənistanın Qarabağdakı silahlı birləşmələri də o cür torpaqlarımızdan süpürülüb çıxarılacaqlar. Azərbaycanda seperatçı ünsürlərə yer olmadığı kimi, məzhəb ayrı-seçkiliyi yayanlara da yer yoxdur. Sonuncuların təsiri altında olanlar da nəhayət ayılıb onların əsl sifətlərini görməli, haylarla sinxron çalışdıqlarını anlamalıdırlar”.

 

Millət vəkili Ceyhun Məmmədov isə bildirib ki, səfirliyimizin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması dini məsələlərin nə qədər həssas olduğunu və bir sıra dairələr tərəfindən dindən siyasi məqsədlərlə istifadənin günümüzün reallığı olduğunu göstərir:

 

“Üzərində İslamın rəmzinin də olduğu bayrağımıza hörmətsiz münasibət, həm də ölkəmizə olan kinin və düşmənçiliyin göstəricisidir. Bu, eyni zamanda, bir sıra dairələrin Azərbaycanla bağlı məkrli planlarının növbəti təzahürüdür. Bu kimi təxribatların gələcəkdə də baş vermə ehtimalları az deyil. Ona görə həm daxildə, həm xaricdə bu istiqamətdə davamlı tədbirlərin peşəkar şəkildə həyata keçirilməsinə ciddi ehtiyac var. Əks halda dindən siyasi məqsədlərlə və siyasi təzyiq vasitəsi kimi istifadə cəhdləri davamlı xarakter alacaq”.

 

Deputat Fazil Mustafa deyib ki, adları dəqiq yazmaq da ideoloji mübarizəmizin tərkib hissəsidir və "Mehdi qulluqçuları və ya xidmətçiləri" deyil, "Mehdi nökərləri" yazmaq başqa ölkələrə nökərçilik edən hər kəsi əhatə edir:

 

“Bayrağımızın ayaq altına atılmasına ancaq bu cür nökərçilik edən namussuzlar sevinər. O nökərlərin bir qismi də izi itirmək üçün milli qəhrəmanlarımızın şəkillərini profillərinə yerləşdirirlər. Bayrağımızı yerə atan hər kəsə o bayrağın üç rəngini özündə birləşdirən bir yumruqla cavab verilməlidir”.

 

Millət vəkili Bəhruz Məhərrəmov isə qeyd edib ki,  Londonda səfirliyimizin binasına hücum aktının arxasında dayananlar, icraçılar, təşkilatçı, təhrikçi və köməkçi qismində prosesdə barmağı olan hər kəs, gözləmədiyi yerdə və gözləmədiyi anda Azərbaycanın “Dəmir yumruğu”nu başında hiss edəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR