“SpaceX” uçuş platformasında partlayış baş verib - FOTO

“SpaceX” uçuş platformasında partlayış baş verib - FOTO
ABŞ-ın Florida ştatında yerləşən "SpaceX” uçuş platformasında partlayış baş verib.

Şahidlər ard-arda bir neçə partlayış səsinin eşidildiyini deyirlər. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.

 

NASA-nın məlumatına əsasən, insident kosmodromda pilotsuz raketin sınaqları keçirilən zaman baş verib. Sınaqlar Kanaveral burnunda yerləşən kosmodromdan sentyabrın 3-nə planlaşdırılan uçuşa hazırlıq məqsədi daşıyırmış. Raket "Facebook” sosial şəbəkəsinin ilk peykini və İsrailin rabitə peykini fəzaya çıxarmalı idi.

 

Xatırladaq ki, kosmodromda son ciddi qəza 2015-ci il iyunun 28-də baş verib. Həmin vaxt Beynəlxalq Kosmik Stansiyaya uçması planlaşdırılan "Dragon” yük gəmisi "Falcon 9” daşıyıcı-raketi ilə birgə partlamışdı. "Falcon 9” daşıyıcı-raketi və dünyada yeganə çoxistifadəli "Dragon” yük gəmisi ABŞ-ın "SpaceX” kompaniyası tərəfindən hazırlanıb.

 
Fotoları təqdim edirik:
 
 
 



OXŞAR XƏBƏRLƏR

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...

Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.    Sfera.az ...

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye...