Elmar Məmmədyarov sərt danışdı: Artıq bəsdir...

Elmar Məmmədyarov sərt danışdı: Artıq bəsdir...

Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, ATƏT məkanında təhlükəsizlik məsələsi həll olunmamış silahlı münaqişələr, davam edən hərbi təcavüz, terrorizmin artan təzyiqi, zorakı ekstremizm, separatizm, kiber-hücumlar, radikalizm və digər hədələrlə sarsılıb: " Etnik və dini zəmində dözümsüzlük və ayrıseçkilik, xüsusilə islamofobiya kimi artan meyllər də ciddi çağırışlardır. Hazırkı beynəlxalq təhlükəsizlik problemlərinin əksəriyyəti beynəlxalq hüququn qəsdən pozulması və təhrif olunması səbəbindən baş verir. Bəzən düşünürlər ki, qısamüddətli siyasi məqsədlərə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaq olar".

 

E.Məmmədyarovun sözlərinə görə, bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur: "Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Beynəlxalq hüquq və BMT TŞ-nın müvafiq qətnamələrini tam şəkildə pozaraq, Ermənistan 20 ildən çoxdur ki Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb. Ermənistanın xarici işlər naziri burada çox ziddiyyətli danışdı. Burada hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir: Kimdir təcavüzkar! Kim Azərbaycan torpaqlarını işğal edib! Kim ölkəmə qarşı güc tətbiq edir! Kim beynəlxalq və humanitar hüququ pozub!

 

Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Artıq bəsdir! Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib".

 

Nazir çıxışında qeyd edib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir: "Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır.

 

Mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün biz, Helsinki Yekun Aktının əsas prinsipləri, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla beynəlxalq hüququn normalarına qəti riayət edilməsi təmin etməliyik".



OXŞAR XƏBƏRLƏR

Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndi

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində stra...

Prezidentdən siyasi partiyalarla bağlı FƏRMAN

Prezident İlham Əliyev Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-c...

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.   DİN-in mətbuat xidmətinin Şəki region...

Uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qoruyaq? - Ekspertdən ÇAĞIRIŞ

İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq internet platformalarından nəinki ünsiyyət və əyləncə üçün, eyni z...

Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub. Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında...

Bu yolda piyadaların rahat gediş-gəlişi təmin olundu - VİDEO

Daha bir yolda piyadaların rahat gediş-gəlişi təmin olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İ...