“AMEA-nın ləğv olunması fikri kökündən yanlışdır” - Nazir

“AMEA-nın ləğv olunması fikri kökündən yanlışdır” - Nazir

“Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması fikri kökündən yanlış fikirdir”.


Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

 

“Çünki AMEA Azərbaycanda elmi fəaliyyətin baş verdiyi əsas yerdir. Azərbaycanın bir çox görkəmli alimlərinin, hətta ictimai-siyasi həyatının vacib simalarının böyük bir hissəsinin fəaliyyəti məhz AMEA ilə əlaqədardır. Qətiyyən bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil. Çünki AMEA öz fəaliyyətini davam etdirir. Sadəcə olaraq AMEA-nın tabeliyində olan bəzi elmi-tədqiqat institutlarının tabeliyi Elm və Təhsil Nazirliyinə verilib. Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Hətta yeni struktur yaradıldıqdan sonra belə istər texniki-texnoloji, istərsə də humanitar sahələr üzrə alimlərin yenə də AMEA-da elmi prioritetləri müəyyənləşdirmək elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək səlahiyyətləri olduğu kimi qalır”, - deyə nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...