“Elm və Təhsil Nazirliyi elmi qurum deyil” - Emin Əmrullayev

“Elm və Təhsil Nazirliyi elmi qurum deyil” - Emin Əmrullayev

“Elm və Təhsil Nazirliyi elmi qurum deyil”.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

 

“Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir”, - nazir bildirib.

 

E.Əmrullayev qeyd edib ki, elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu.

 

O əlavə edib ki, Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir.

 

Nazir əlavə edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş qurumların fəaliyyəti də elmlə bağlıdır:

 

“Məmurlar elmin qarşısında duran suallara cavab verən şəxslər deyil”.

 

E.Əmrullayev vurğulayıb ki, bu və ya digər sahələrin də uğurlu olması üçün dövlət siyasətinin müəyyənləşməsi, icrası, icraya nəzarət funksiyası və s. məsələlər Elm və Təhsil Nazirliyinin funksiyalarına əlavə edilib.


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...