Kıvanç xanımı ilə qəzaya düşdü - FOTO
Maqazin
09:47 / 01.09.2016
1015
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer yol qəzası keçiriblər.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili səhər yeməyindən sonra İstanbulun Etiler ərazisində qəzaya düşüb. Arxadan gələn avtomobil məşhurun maşınına çırpılıb. Nəticədə maşına ciddi ziyan dəyib.
Qəza zamanı yaralanan olmayıb.