Bu məhsulun qiyməti artaraq 100 dolları keçdi
15:32 / 25.07.2022
12640
Dəmir filizinin qiyməti 100 dolları ötüb. Qiymətlərdə artım 7 faizdən çox olub.
Sfera.az xəbər verir ki, Çin Dövlət Şurası keçən həftə 12 şirkət üçün maliyyə dəstəyi veriləcəyini bildirdikdən sonra Çin İnkişaf Bankı 50 milyard yuan (7,4 milyard dollar) vəsaiti şirkətlər üçün ayırıb. Dəstək üçün ayrılacaq vəsaitin zərurət yaranarsa 300 milyard yuana qədər artırılacağı da bildirilir.
Dövlətin dəstəyini alan şirkətlər tikinti şirkətləridir və onlar böyük miqdarda dəmirdən istifadə edir. Məhz dəstəyin genişlənəcəyi xəbəri Sinqapurda dəmirin bahalaşmasına səbəb olub. Hazırda bir ton dəmir filizinin qiyməti 107 dollar ətrafında dəyişir.
Vasif
Sfera.az