Ukraynadan taxıl ixracını türk admiral koordinasiya edəcək
Ukraynadan taxıl ixracı məsələsi üzrə İstanbulda birgə koordinasiya mərkəzinə türk admiralı rəhbərlik edəcək.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda Milli Müdafiə Universitetində yaradılacaq Birgə Koordinasiya Mərkəzinə 20 nəfər daxil olacaq. Onların arasında Ukrayna, Rusiya, BMT və Türkiyənin mülki və hərbi nümayəndələri də var.
Mərkəzə Milli Müdafiə Nazirliyi tərəfindən təyin olunacaq türk admiralı rəhbərlik edəcək. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması gözlənilir. Həmçinin, Rusiya və Ukrayna hərbçiləri yalnız lazım gəldikdə görüşəcək və müxtəlif ofislərdə çalışacaqlar.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair saziş imzalayıblar.
Müqavilə Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarına tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırır, eyni zamanda Ukrayna taxılının Qara dəniz ərazisi ilə ixracına imkan yaradır.
Vasif
Sfera.az