Bu qərar nefti ucuzlaşdırır - İqtisadi böhran yaranacaq?
İqtisadiyyat
12:07 / 25.07.2022
18034
ABŞ mərkəzi bankının (FED) faizləri artırmaqda davam etməsinin qlobal iqtisadiyyatda yaratdığı tələbi zəiflədəcəyi qorxusu neft qiymətlərinin enməsinə səbəb olub. İnvestorlar tələbin azalması fonunda iqtisadi böhranın yaranacağını da gözləyirlər.
Sfera.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti ötən həftənin cümə günü 4 dollardan çox düşərək 98 dollar olub. Bu gün həftənin ilk günündə də “Brent” nefti ucuzlaşaraq 97 dollara düşüb.
“Brent” neftinin ucuzlaşması Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətinə də təsir edib. Azərbaycan neftinin qiyməti 120 dollardan 115 dollara qədər enib.
Vasif
Sfera.az