Razılaşmadan sonra Rusiya Odessa limanını vurdu, buğda qiymətləri yüksəldi
İqtisadiyyat
11:21 / 25.07.2022
16789
Rusiya Odessa limanını vurduqdan sonra buğda qiymətləri yeni həftəyə artımla daxil olub.
Sfera.az xəbər verir ki, Çikaqoda qiymətlər təxminən 5% artıb.
Xatırladaq ki, taxıl dəhlizi razılaşması ilə buğda qiymətləri ilə bağlı nikbinlik yaranmışdı. Amma Rusiyanın razılaşmadan az sonra Odessa limanını vurması vəziyyəti dəyişdi.
Ukrayna hökuməti bəyan edib ki, Rusiya müxtəlif bəhanələrlə taxılın daşınmasına maneələr yaradacaq. Rəsmi Kiyevin şərhinə görə Odessa da bu məqsədlə vurulub.
Vasif
Sfera.az