Prezident vəzifəsindən uzaqlaşdırıldı

Prezident vəzifəsindən uzaqlaşdırıldı

Braziliyanın Federal Senatında (parlamentin yuxarı palatası) bir müddət əvvəl prezident vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Dilma Rousseffin impiçmenti ilə bağlı səsvermə keçirilib.

 

Publika.az xəbər verir ki, senatorlar 61 səs lehinə, 20 səs əleyhinə olmaqla Dilma Rousseffin impiçmentini dəstəkləyiblər. Beləliklə, Rousseff öz postunu tərk edəcək, ölkəyə rəhbərliyi isə növbəti prezident seçkilərinədək, yəni, 2018-ci ilin sonunadək vitse-prezident Mişel Temer həyata keçirəcək.

 


OXŞAR XƏBƏRLƏR