Əsl "demokratiya": Yazı saytdan çıxarıldı, jurnalist qovuldu - VİDEO

Əsl

ABŞ-ın və dünyanın ən məşhur, nüfuzlu qəzetlərindən sayılan "The Huffington Post"-un tanınmış yazarı Devid Simanın sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun səhhəti ilə bağlı yazılar seriyası Birləşmiş Ştatlarda geniş rezonans doğurmaqla yanaşı, jurnalist üçün çox ciddi başağrısına çevrilib.

 

Jurnalistin yazıları "The Huffington Post"-un saytından silinib, Simanın saytdakı akkauntu isə bağlanıb.

 

Bu ay Siman prezidentliyə namizəd Hillari Klintonun sahhəti ilə bağlı "Hillarinin səhhəti əladır: tutmalarını, ağrılarını, adrenalin iynələrini hesaba almasaq" (saytdan silinmiş "Hillary Clinton's Health Is Superb (Aside From Seizures, Lesions, Adrenaline Pens" məqaləsinin Google-dakı keşi) və "Donald Tramp Hillari Klintonu xəstəlik tarixçələri savaşına çağırır" (Donald Trump Challenges Hillary Clinton To Health Records Duel) məqalələrini dərc edərək ABŞ prezidentinə namizəd olan Hillari Klintonu səhhəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatlar verməyə dəvət etmişdi.

 

Lakin az sonra hər iki məqalə "The Huffington Post"-un saytından heç bir səbəb göstərilmədən silinib. 

 

Devid Siman da silinmiş məqalələrinin skrin-şotlarını Twitter-dəki akkauntunda paylaşmışdı. Onun qəzetin saytındakı akkauntu qapananda isə jurnalist yazıb: "Bəyəm biz Konstitusiyaya birinci düzəlişlə qorunmuruq?!"

 

Breitbart xəbər verir ki, "Huffington Post" jurnalist Devid Simanı işdən qovub. Bununla bağlı qəzet heç bir rəsmi açıqlama verməyib.

 

Xatırladaq ki, ABŞ-ın populyar həkimlərindən olan doktor Dryu Pinski radioşousunda H.Klintonun səhhətini müzakirə etdiyi üçün onun proqramı qapadılıb. 

 

 

Milli.az //

Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...