ABŞ XXI əsrin yeni qırıcısını hazırlayır
18:46 / 30.08.2016
1512
ABŞ-ın Hərbi Hava Qüvvələri gələcəyin qırıcısını hazırlamağa başlayıb.
Publika.az xəbər verir ki, bu haqda "Defense News” nəşri yazıb.
Təyyarə üzrə layihə işləri başlanğıc mərhələsindədir. İş Rayt-Patterson (Ohayo ştatı) təyyarə bazasında "Air Superiority 2030 ECCT” qrupu ilə birgə aparılır.
Qiymətləndirmələrə görə, yeni qırıcını 2040-cı ildən tez olmayaraq hazırlamaq mümkün olacaq.
Perspektivli çoxməqsədli qırıcı həmçinin F/A-XX işarəsi ilə məlumdur. O, ilk növbədə F/A-18 təyyarələrini əvəz etməlidir. 2013-cü ildə "Boeing” korporasiyası təyyarənin konseptini təqdim edib.