“Moskviç” zavodunda İran avtomobilləri istehsal ediləcək

Dünya
22:27 / 12.07.2022
14544
Moskvanın “Moskviç” avtomobil zavodu İran istehsalı olan avtomobillərin istehsalına başlaya bilər.
Sfera.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xaricdəki İranlılar Mərkəzinin rəhbəri Mirzay Qazi Abbas Müslim məlumat verib.
“Bizim “Moskviç”lə ciddi dialoqumuz var. İran avtomobillərinin Rusiyada “Moskviç” brendi ilə istehsalına dair ilkin razılaşma əldə olunub”, - deyə o, bildirib.
Müslimin sözlərinə görə, İran şirkətləri Tatarıstanın avtomobil zavodlarında işləmək imkanlarını da nəzərdən keçirir.