Barak Obamaya sui-qəsd hazırlayan şəxs tutulub

Barak Obamaya sui-qəsd hazırlayan şəxs tutulub
Birləşmiş Ştatların Federal Tədqiqatlar Bürosunun (FTB) əməkdaşları ölkə prezidenti Barak Obamanı qətlə yetirmək niyyətində olduğu ehtimal edilən Massaçusets ştatı sakinini saxlayıblar.

Sfera.az report-a istinadən bildirir ki, hüquq-mühafizə orqanları cani barədə işarəni hələ iyul ayında alıblar və onu təqib etməyə başlayıblar.
FTB-nin məlumatına görə, 40 yaşlı Cozef Qarqyulo ABŞ rəhbəri ilə o, Martas-Vinyard adasında (Massaçusets ştatı) istirahətdə olarkən hesablaşmağı planlaşdırıb.
Avqustun 27-də şübhəli amerikalını həbs edən asayiş keşikçiləri bir qayda olaraq onun evində axtarış aparıblar və əməliyyat zamanı odlu silah, patronlar, partlayıcı maddə, elektroşok qurğuları və ov bıçaqları aşkarlanıb.
İlkin məlumata görə, Qarqyulo müntəzəm olaraq steroid pereparatları qəbul edib və ruhi vəziyyəti qaydasında olmayıb.
Barak Obama həyat yoldaşı Mişel Obama və iki qızı ilə Martas-Vinyard adasında 6-21 avqust tarixlərində istirahətdə olub.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...